Bir həftə öncə Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya çağırılan Ermənistanın keçmiş prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Köçəryana ölkədən çıxmaq qadağan olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Köçəryanın ölkədən getməsinə razılıq verməyib. Məhkəmənin qərarında deyilir ki, indi R.Köçəryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Köçəryanın başçılıq etdiyi “Ermənistan bloku”nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Köçəryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın