Türkiyədə çalışan azərbaycanlı aktrisa Nəsrin Cavadzadədən dünyaca məşhur “La Casa De Papel” serialında rol alacağı ilə bağlı yayılan xəbərlərə münasibət gəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, aktrisanın meneceri Selin Kök bu barədə açıqlama verərək yayılan xəbərlərin doğru olduğunu deyib:

“Çıxan bəzi xəbərlər doğrudur. Danışıqlar davam edir. İlk görüşdən sonra gələn rəylər müsbətdir. İkinci görüşümüz də olacaq. Nəsrin 4-5 dil bilir. Bu da onu fərqləndirən cəhətdir.

Canlandıracağı obrazla bağlı açıqlama verməyim düzgün deyil. Bildiyiniz kimi o, keçən il də İspaniya istehsalı olan “El Desentierro” adlı filmdə rol almışdı və seriala seçilməsinin əsas səbəbi də bu filmdəki performansıdır”.

Qeyd edək ki, Cavadzadənin serialda “İstanbul” obrazına həyat verəcəyi iddia olunur.

La Casa de Papel | My Life Is Going On – – Cecilia Krull (Vídeo Oficial)

Öncəki xəbərPrezident Elmar Vəliyevə silahlı hücumla bağlı məsələni nəzarətə götürdü
Sonrakı xəbərAzərbaycan Ordusunun genişölçülü təlimlərinin son toplantısı keçirildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın