Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid 65 yaşında dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Z.Hadid Mayami xəstəxanasında ürək tutmasından sonra vəfat edib. Məşhur memar uzun müddət idi ki, bronxitdən müalicə olunurdu.
Zaha Hadid İraq ərəbi əsilli britaniyalı, dekonstruktivist memardır. O, 2004-cü ildə Hadid Pritzker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olub.
Zaha Hadid 1950-ci ildə Bağdadda doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib.
Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs deyib. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun fəxri üzvü olub. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor kimi çalışıb. Çoxlu beynəlxalq yarışın qalibidir.
2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar olub. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini alıb.
Müsəlman memar qadın Zaha Hadidin yaratdığı 10 şedevr əsər

Londonun Su İdmanı Mərkəzi
Mərkəz 2011-ci ildə açılıb. İdman mərkəzi xüsusi olaraq Olimpiya oyunları üçün tikilib.

Heydər Əliyev Mərkəzi
Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənib.

Adu-Dabidəki İncəsənət mərkəzi
Mərkəzin açılışı bu il Abu-Dabinin Səadət adasında olacaq.

Romada Müasir İncəsənət muzeyi MAXXI
Muzey 2010-cu ildə açılıb. Burada XX və XXI əsrlərin əsərləri, rəsmləri nümayiş etdirilir.

Vladislav Doroninin Rusiyadakı iqamətgahı
İqamətgah 2012-ci ildə tikilib.

Avstriyanın İnsburk şəhərində xizək tramplini
Zaha Hadidin mədəniyyət və muzey mərkəzlərindən əlavə İnsburk dağlarında şedevrlərinə də rast gəlmək olar.

Vilnüs Ermitajı – Qugenhaym muzeyi
Muzey digər layihələrdən fərqlənir. Bina sanki uçur.

Madriddə mülki məhkəmə binası
Bina hələ tikilməyib. Məhkəmənin damında çox sayda günəş batareyaları quraşdırılacaq.

Böyük Britaniyadakı Meqqi Kesvik adına xərçəng xəstəliklərinin müalicə mərkəzi

Moskvada “Dominion Tower” adlı biznes mərkəzi