Belarus Prezidenti Aleksandr Polşa sərhədçilərinin ölkəsini dövlət sərhədini pozmaqda ittiham edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Belarus liderinin sözlərinə görə, dövlət sərhədinin pozulması faktı Polşanın güc strukturları əməkdaşları ilə Yaxın Şərqdən olan miqrantlar arasında toqquşmalar zamanı qeydə alınıb.

AB, NATO və ABŞ Belarus liderini miqrantları AB-nə asan girişlə bağlı yalan vədlərlə sərhədə çəkməkdə günahlandırıb. BBC-yə eksklüziv müsahibəsində Aleksandr Lukaşenko bunları inkar edib: “Biz slavyanlarıq. Bizim ürəyimiz var. Qoşunlarımız miqrantların Almaniyaya getdiyini bilirlər. Ancaq mən onları bura dəvət etməmişəm. Düzünü desəm, Belarusdan keçmələrini istəmirəm”.

“Bəlkə kimsə onlara kömək edib. Mən bu məsələyə belə baxmıram. Mən AB-nə dedim ki, mən miqrantları sərhəddə saxlamayacağam və bundan sonra gəlməyə davam etsələr, hələ də onları dayandırmayacağam. Çünki onlar mənim yanıma gəlmirlər, onlar sizin ölkələrinizə gedirlər”, – o əlavə edib.

AB daha öncə cənab Lukaşenkonu miqrant məsələsinə “qeyri-insani, qanqster tipli yanaşma”da ittiham etmişdi.

Qeyd edək ki, indi miqrantların bir hissəsi İraqa qayıdıb. İki minə yaxın miqrant isə Belarus ərazisində qalmaqdadır, baxmayaraq ki, yüzlərlə kürd cümə axşamı Şimali İraqa repatriasiya reysi ilə qayıdıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın