Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsində yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə qoşulmaq üçün oktyabr ayının 2-də Tbilisiyə bilet aldığını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Gürcüstanın keçmiş prezidenti bununla bağlı öz Facebook səhifəsi ilə etdiyi videomüraciətdə məlumat verib.

“Dediyim kimi, oktyabrın ikisinə axşam saatlarında Tbilisidə sizinlə birgə olmaq və sizin iradənizi qorumaq, eləcə də Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”, – deyə 53 yaşlı siyasətçi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın