2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatının (AVRO-2024) final mərhələsinin püşkü atılıb.

YALAN.info bildirir ki, Hamburqda gerçəkləşən toplantıda 21 milli komanda iştirak edib.

Turnirin açılış oyunu 14 iyunda Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa – Estoniya, Uels – Finlandiya)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail – İslandiya, Bosniya-Hersoqovina – Ukrayna)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan – Lüksemburq, Yunanıstan – Qazaxıstan)

AVRO-2024-ə son üç vəsiqənin sahibi 21 və 26 mart 2024 tarixlərində keçiriləcək pley-off mərhələsindən sonra bilinəcək.

Qeyd edək ki, Avropa Çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın