Uzun illər İtaliyanın “Milan” komandasında çıxış edən niderlandlı keçmiş futbolçu Klarens Zeedorf (Clarence Seedorf) müsəlman olduğunu açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunula bağlı “Milan”ın əfsanəvi futbolçusu öz Instagram səhifəsində paylaşım edib: “İslam ailəsinə qoşulmağım münasibətilə məni təbrik edən hər kəsə təşəkkür edirəm”

Futbolçu İslamı qəbul etdiyi üçün çox xoşbəxt olduğunu bildirib. O, həmçinin İslamı özünə tanıtdığı və öyrətdiyinə görə sevgilisi Sofiyaya özəl təşəkkür edib. Müsəlman olduğu üçün yeni ad götürməyəcəyini bildirən Zeedorf, valideynlərinin verdiyi adı istifadə etməyə davam edəcəyini deyib.

KİMKlarens Zeedorf
MƏNBƏInstagram
Öncəki xəbərDonald Tramp: ABŞ Baydenə görə cəhənnəmə yuvarlanır
Sonrakı xəbərBlinken: Rusiya-Ukrayna müharibəsi Putinin planına uyğun getmədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın