“Londonun hər zaman, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmaq imkanı var”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles (Ben Wallace) jurnalistlərə açıqlamasında söyləyib.

“Şotland qvardiyası 1853-cü ildə Krımda çar I Nikolayı “təpiklədilər”. Biz bunu həmişə təkrar etməyə hazırıq. Vaxtı ilə Çar I Nikolay da Putinin səhvini etmişdi. Onun da dostları, tərəfdaşları yox idi”, – deyə Böyük Britaniyanın müdafiə naziri vurğulayıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin açıqlamalarını “mifologiya” adlandırıb və Britaniya hərbçilərinə Britaniya siyasətçilərinin xoşuna gəlmək üçün həyatlarını qurban verməmək üçün tarixi daha yaxşı öyrənməyi tövsiyə edib.

Rusiya MN-in rəsmi nümayəndəsi İqor Konaşenkov yada salıb ki, bir müddət öncə Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Moskvada olarkən, KİV-in məlumatına görə, artıq rus coğrafiyasına dair möcüzəvi biliyini sərgiləyib. “Ona görə də Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uollesin Rusiyanın tarixini araşdırması artıq təəccüblü deyil”, – hərbi idarənin nümayəndəsi yekunlaşdırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın