Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı hərbi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdüyünü, bu əməliyyatların Ermənistan üçün faciə ilə bitdiyini bəyan etmək məcburiyyətində qalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ermənistan Baş nazirinin açıqlamalarını “Interfax” agentliyi yayımlayıb.

“Bu, bizim üçün böyük uğursuzluqdur, böyük fəlakətdir, yaxınlarını itirən insanlar üçün böyük bir matəmdir”, – deyə N.Paşinyan etiraf edib.

Ermənistan baş naziri həmçinin əlavə edib ki, ölkəsi buraxdığı kobud səhvləri yenidən gözdən keçirməlidir.

Nikol Paşinyan: Mən bacarmadım

“Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən ən azı beş rayonun qaytarılmasını təklif etməliydim”. 

Bu etirafı isə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan xalqa müraciət edərkən bildirib. O bildirib ki, öncədən Azərbaycanla danışıqların məntiqini dəyişdirməyə çalışıb:

“Alınmadı. Çünki ərazilərin təslim edilməsi məsələsi danışıqlarda əsas tezis olub. Biz orduya istədiyimiz qədər vəsait ayıra bilmədik”.

Sonda N.Paşinyan peşman olduğunu dilə gətirib. O, bacarmadığını etiraf edib. 

Nikol Paşinyan: “Mən Bacarmadım”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın