“Ermənistanın Rusiyaya olan dövlət borcunu müştərək iqlim layihələri, o cümlədən hidrometeorologiya və ictimai nəqliyyatın elektrikləşdirilməsi ilə kompensasiya etmək olar”.

YALAN.info bildirir ki, bununla bağlı Kremlin Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevin Ermənistan tərəfi ilə danışıqlarının yekunlarına dair məlumatında deyib.

“Söhbət zamanı birgə iqlim layihələrinin həyata keçirilməsi yolu ilə Ermənistan Respublikasının borcunun ödənilməsi perspektivləri müzakirə edilib. Bu cür yanaşma borc yükünü azaltmağa və iqtisadiyyatın karbonsuzlaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Edelgeriyev Ermənistanın “borc qarşılığında iqlim” mexanizmi üzrə səlahiyyətli nümayəndəsi Erik Qriqoryanla görüşü zamanı bunun üçün əsas ola biləcək Paris İqlim Sazişinin 6-cı maddəsi çərçivəsində bazar mexanizmlərindən istifadə etməyi təklif edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın