13 ildir reytinq rekordları vuran, Azərbaycanda da böyük tamaşaçı kütləsinə sahib olan Türkiyənin “Kurtlar Vadisi” serialı daha bir rekorda imza atıb. Serial internetdə izlənmə sayına görə rekordlar qırmaqdadır. Hər seriyasının internetdə 4 milyondan çox izləndiyi bildirilən serialın YouTubedakı rəsmi səhifəsi 2 milyondan çox istifadəçi tərəfindən izlənilir.

Bir müddət əvvəl serial öz zirvədəki yerini UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində qrup mərhələsində Fənərbaxçanın səfərdə Molde ilə qarşılaşması ilə oyun zamanı itirsə də, əvvəlki yerini bərpa etməyi bacarıb.

Baş rollarını Necati Şaşmaz, Dəfnə Samyeli, Ərhan Ufak və Ərtan Sabanın canlandırdığı “Kurtlar Vadisi” 15 yanvar 2003-cü ildə “Show TV”də “Bu, bir dərin dövlət və mafiya serialıdır” şüarı ilə yayımlanmağa başlayıb.

Pana Film məhsulu olan “Kurtlar Vadisi” serialında Türkiyədəki mafiyalar, dövlət-mafiya əlaqələri, terror qruplaşmalarının Türkiyədəki fəaliyyətləri əsas mövzudur.
İzlənmə rekordları vuran və hazırda “Kurtlar Vadisi Pusu” adı ilə yayımlanan filmin “Kurtlar Vadisi İraq”, “Kurtlar Vadisi Fələstin” kimi hissələri var.

Öncəki xəbərQara Qızıl Bahalaşacaq: Neftin qiyməti 2017–ci ildə 70 dollar olacaq
Sonrakı xəbərQarabağ FK-nun yarımmüdafiəçisi Qara Qarayev Qol.az-a danışdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın