Portuqaliya millisinin və İspaniyanın “Real” klubunun (Madrid) hücumçusu Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubuna (Turin) keçə bilər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ronaldonun İtaliya klubuna keçidi portuqaliyalının agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra “Yuventus” rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər.

O, bu həftə müdafiəçi Joau Kanselunun “Valensiya”dan “Qoca sinyora”ya keçidini təşkil edib.

İtaliya klubunun əsas transfer hədəfi “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə 120 mln. avro tələb edir. “Yuventus” serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Kriştiano Ronaldonun keçidinə sərf edə bilər.

KİV-in məlumatına görə, “Real” Ronaldo ilə müqavilədə dəbbə pulunu 1 milyard avrodan 120 mln. avroya endirib.

Öncəki xəbərMillət vəkilləri ”Azərenerji” və “Azərişiq” ASC-lərinin işinin araşdırılmasını istəyir
Sonrakı xəbərDÇ-2018: Uruqvay-Fransa, Braziliya-Belçika, Rusiya-Xorvatiya, İsveç-İngiltərə
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın