“Neftçi” PFK UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

YALAN.info bildirir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşü “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna meydan sahibləri daha fəal başlayıblar. İlk dəqiqələrdə ən real qol vəziyyətini də Azərbaycan təmsilçisi yaradıb. Lakin Qodsvey Donyonun 13-cü dəqiqədə vurduğu zərbədə azacıq dəqiqlik çatmayıb. Daha sonra oxşar vəziyyətdə Eddi İsrafilov hədəfən yayınıb. Hesab ilk hissədə əsas vaxtın bitməsinə bir dəqiqə qalmış vurulub. Ataa Caber Yusuf Lavaldan aldığı ötürməni dəqiq zərbə ilə tamamlayıb. “Rapid”in müdafiəçisinə dəyən top rəqib qapıçını çarəsiz vəziyyətdə qoyub və “Neftçi” fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissədə də üstün oyununu davam etdirən “ağ-qaralar” ardıcıl hücumlarının bəhrəsini 60-cı dəqiqədə görüb. Kenni Sayef qapıçını da aldadaraq, rəqib torunu silkələyib. Bundan sonra “Rapid” təzyiqi artırıb hesab arasındakı fərqi azaltmağa çalışıb. Qonaqlıar bir neçə epizodda buna müvəffəq olmayıblar. “Neftçi”nin qapıçısı İvan Brkiç iki dəfə komandasını real qoldan xilas edib. Bununla belə, Qvido Burqştaller əsas vaxta artırılmış 5-ci dəqiqədə fərqlənərək, son hesabı müəyyənləşdirib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Onu da bildirək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

“Neftçi” 2-1 “Rapid” | Konfrans Liqası | 3-cü tur | İlk oyun

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın