Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

YALAN.info bildirir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə sona çatıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurub. Oyunun 57-ci dəqiqəsində Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azərbaycan 3:0 İsveç | AÇ-2024, seçmə mərhələ | TAM OYUN

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib – 2:0. Bundan sonra bütün komandalardan 1 oyun artıq keçirən Avstriya millisi qrupda liderliyə yüksəlib. Sonuncu oyununu Azərbaycana qarşı keçirəcək Belçika millisi hələlik 17 xalla ikinci yerdədir. Sadəcə Azərbaycanla heç-heçə etməyi bacaran Estoniya 1 xalla ən aşağıda yer tutur.

AVRO-2024 Seçmə Mərhələsi: F qrupu

#KomandaOQHMVQBQTFXal
1Avstriya86111771019
2Belçika75201741317
3İsveç7214121207
4Azərbaycan7214712-57
5Estoniya7016220-181

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu oyununu səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın