Erməni model Kim Kardaşyan “EthereumMax” kriptovalyutası ilə bağlı fırıldaqçılıq işinin fiqurantları sırasındadır. Onunla birlikdə eyni əməldə boksçu Floyd Meyvezer və basketbolçu Pol Pirs də şübhəli bilinir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ-ın Kaliforniya Məhkəməsinə təqdim olunan iddia ərizəsində vurğulanıb.

The Wall Street Journal-ın məlumatına görə, Kim Kardaşyan və başqa bir neçə tanınmış şəxslər sosial şəbəkə reklamları və başqa tanıtım fəaliyyətləri ilə “EthereumMax” haqqında yalan, ya da çaşdırıcı bəyanatlar verməkdə” ittiham olunurlar.

Belə ki, onlar bilərəkdən sözügedən kriptovalyutanı öz sosial şəbəkə hesablarında reklam edərək tələbatın artmasına nail olublar və bundan sonra qiymətlərin də kəskin artmasından sonra öz kriptovalyutalarını yüksək qiymətə satıblar.

KİMTalal Ansari
MƏNBƏThe Wall Street Journal
Öncəki xəbərDünyada ilk dəfə olaraq koronavirusa gündəlik yoluxma sayı 3 milyonu keçib
Sonrakı xəbərYens Stoltenberq: Rusiya Ukrayna məsələsində səhv etsə, bunun bədəli ağır olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın