Son 24 saat ərzində İtaliyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 21 min 42 nəfər artaraq ümumilikdə 5 milyon 206 min 305-ə çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 96 nəfər artaraq 134 min 765-ə yüksəlib.

Ötən gün ölkədə 565 min 77 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 273 min 882 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 818 nəfər, virusdan sağalanların sayı 10 min 205 nəfər artaraq 4 milyon 797 min 658 olub.

Keçən il dekabrın 27-dən etibarən COVID-19-a qarşı aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək İtaliyada 101 milyon 515 min 898 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların sayı 45 milyon 911 min 634 nəfərdir. Peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti isə 85,01 faizdir.

Ölkədə sentyabrın 20-dən etibarən xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. İndiyədək 11 milyon 136 min 312 əlavə peyvənd tətbiq edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın