“Formula-1” üzrə 2021-ci il mövsümünün çempionu Maks Ferstappen (Max Verstappen) oldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, titula “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen karyerasında ilk dəfə “Formula-1”in çempionu adını qazanıb.

24 yaşlı idmançı Abu-Dabi Qran-Prisindəki qələbə ilə 1-ci yerin sahibi olub – 395,5 xal. 2-ci yeri tutan Lüis Hamilton mövsümü də eyni pillədə bitirib – 387,5 xal. Onun “Mersedes”dəki komanda yoldaşı Valtteri Bottas 3-cü yeri tutub – 230 xal.

Bununla da Maks “Mersedes” pilotlarının hegemonluğuna son qoyub. 2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.

Mühəndislər kubokunda “Mersedes” komandası qalib olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın