Hindistan təmsilçisi Harnaz Sandhu (Haarnaz Sandhu) dünyanın 80 ölkəsindən gözəlçələrin iştirak etdiyi “Miss Universe-2021” (Kainat Gözəli-2021) gözəllik yarışmasının qalibi olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sayca 70-ci olan yarışma İsrailin Eylat şəhərində baş tutub.

Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub. Daha sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib. Bu mərhələdən sonra Hindistan, Paraqvay və Cənubi Afrika Respublikasından olan iştirakçılar qalıb. Onlar konkret mövzuda qısa çıxış ediblər.

Yarışma iştirakçılarından müasir dünyada təzyiqlərlə üzləşməyə məcbur olan qızlara məsləhətlər vermələri istənilib. Qalib gənclərə özlərinə inanmağa, özünü başqaları ilə müqayisə etməməyə və dünyada baş verən önəmli hadisələr haqqında düşünməyə çağıran müraciət edib.

Harnaz Sandhu tacını Meksikadan olan 2021-ci ilin “Kainat gözəli” yarışmasının qalibi Andrea Mesadan alıb. İlk dəfə İsraildə keçirilən yarışmada ikinci yeri Cənubi Afrika Respublikasından olan təmsilçi tutub.

The 70th MISS UNIVERSE CROWNING MOMENT! | Miss Universe

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın