İtaliyanın Lamesia Terme (Cənubi Kalabriya əyaləti) şəhərinin məhkəməsi son illər ölkə mafiyasının ən böyük məhkəməsi zamanı “Ndranqeta” qruplaşmasının 70 üzvünü 10 aydan 20 ilə qədər müddətə həbs cəzasına məhkum edib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ANSA agentliyi məlumat yayıb.
Məhkumlar adam öldürməyə çalışma, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu və başqa cinayətlərdə ittiham olunublar. Agentliyin məlumatına görə, proses zamanı 20-yə yaxın şəxs bəraət alıb.
Qeyd olunur ki, 90 nəfərə münasibətdə proses qısaldılmış formada aparılıb. Bununla yanaşı, gələcəkdə daha 300 nəfər də məhkəmə qarşısına çıxarılacaq.
“Ndranqeta” İtaliyada və bütün Avropada ən nüfuzlu kölgə təşkilatlarından biri sayılır.