Türkiyə Respublikasının keçmiş Baş naziri Binali Yıldırımın sözlərinə görə, post-münaqişə dövründə Cənubi Qafqaz fərli, müsbət məcrada inkişaf edə bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Türkiyənin keçmiş Baş naziri (2016-2018-ci il) Binali Yıldırım bildirib.

O qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli anlaşmaya uyğun olaraq dəhlizlər açılmalı idi: “Biz üçtərəfli anlaşmalara uyğun olaraq indi humanitar məqsədlərlə açılmış Laçın dəhlizindən düzgün istifadə edilmədiyini, Ermənistanın təxribatçı hərəkətlərə yol verdiyini görürük. Rusiya bu anlaşma ilə bağlı üzərinə düşən vəzifələri daha effektiv yerinə yetirməlidir. Eyni zamanda, Zəngəzur dəhlizi açılmalıdır”.

Türkiyənin keçmiş Baş naziri vurğulayıb ki, Türkiyə Cənubi Qafqazın Orta Asiyaya və Avropaya bağlanması yönündə səylər göstərib: “TANAP və TAP layihələri Azərbaycan qazının Türkiyə üzərindən Avropaya ötürülməsini təmin edir. Biz Ermənistanla kommunikasiyalar bağlı olduğu üçün Gürcüstan üzərindən Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Buna Dəmir İpək Yolu da deyilir. Çindən Avropaya konteyner daşımalarında da bu dəmir yolundan istifadə edilir. Bu, Çindən Avropaya dəniz yolu ilə daşımalardan daha ucuz daşımaları təmin edir. Biz regionun çiçəklənməsi üçün birgə təməl daşları qoymalıyıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın