Baş infeksionist Təyyar Eyvazov “Xəzər Xəbər”ə ölkə ərazisində koronavirusa (COVID-19) yoluxanların sayında artımın səbəblərindən danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunun başlıca səbəbi artıq Avropada yayılan və indi Azərbaycanda da aşkarlanan “Omikron” ştamıdır.

“Yoluxma sayında bir qədər artım baş verir. Buna yəqin ki, bir tərəfdən də yeni il bayramından sonra insanların sıx təmasları səbəb olmuşdur. Çünki biz bilirik ki, bayram günlərində insanların bayramlaşmağa getmələri, yaxın təmasları yoluxma sayının artmasına gətirib çıxaracaqdır. Bunu əvvəldən də demişdik”.

Baş infeksionist COVID-19-a yoluxma sayının artmasının kütləvi immunitet yaratması ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır. “Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə, bununla bağlı uyğun addımlar atıla bilər”, – deyə Təyyar Eyvazov əlavə edib.

Azərbaycanda yoluxma sayında artım var

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Onu da bildirək ki, indiyədək ölkədə toplam 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb. Onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib. İndi aktiv xəstə sayı 10 183 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116 test aparılıb. Pandemiya başladıqdan toplam 6 037 787 test aparılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın