İtaliya çempionatı Seriya A-da Romanın canlı əfsanəsi Françesko Totti son dəqiqələrdə oyuna girərək komandasını xilas etdi. “Canavarlar” öz meydanında İtaliya çempionatının 34-cü turunda Torino qarşısında çətin duruma düşmüşdülər.

Oyunun sonuna 4 dəqiqə qalmış qonaqlar 2:1 hesabı ilə öndə idilər. Françesko Totti 86-cı dəqiqədə oyuna girir. 39 yaşlı kapitanın topa ilk toxunuşu qol olub. “Canavarlar” irəli qaçaraq oyunun son dəqiqəsində istəyinə çatıb. Totti penalti vuruşundan 2-ci qolu da ataraq Romaya qələbə qazandırıb.


Roma – Torino: 3-2 (İtaliya Seriya A 34-cü turu)

İtaliya Seriya A-nın lideri Yuventus da çətin rəqib Latsionu qəbul edib. “Qoca Sinyora” oyunda yaranan qol şanslarından yararlanaraq rəqib qapısından 3 cavabsız top keçirib.


Yuventus – Latsio: 3-0

Növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək üçün mübarizə aparan İnter Milan isə səfərdə minimal hesabla məğlub olub.

Bu turdan sonra “Qoca Sinyora” İtaliya çempionatının turnir cədvəlində zirvədə öz yerini daha da möhkəmləndirib.  “Yuve” ikinci pillədə qərarlaşan Napolidən 9 xal irəlidədir. Roma isə İnter Milanla aralarındakı fərqi çoxaldıb.

Turun son qarşılaşmasında Milan Karpi ilə qolsuz heç-heçə ilə ayrılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın