Barselona ardıcıl olaraq 3 oyunda uduzmağının əvəzini Deportivodan çıxdı. İspaniya çempionatında 34-cü turun oyunları keçirilib. Çempionluq uğrunda mübarizə aparan klublar – Barselona, Atletiko Madrid və Real Madrid qələbə qazanıb.
İspaniya La Ligasında gecənin ən çox qollu qarşıdurması Deportivoda baş verib. Barselona səfərdə Deportivonu doğma azarkeşləri önündə darmadağın edib. Katalonlar 8 cavabsız top vurub. 8 qolun vurulduğu qarşılaşmada katalonların uruqvaylı ulduzu Luis Suarez 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Deportivo de la Coruña – FC Barcelona: 0-8 (Goals & Highlights)
Bununla da Suares 21-ci əsrdə İspaniya çempionatında yeganə futbolçudur ki, bir oyunda 7 qolun vurulmasında iştirak edib.
Bu oyunda vurduğu 4 qolla Luis Suarez bir mövsümdə Barselona üçün qollarının sayını 49-a çatdırıb. O, braziliyalı əfsanə – sabiq futbolçu Ronaldonu qabaqlayıb. Braziliyalı 1996/97 mövsümündə bir mövsümə 47 dəfə fərqlənib.
Başqa bir qarşılaşmada isə səfərdə Atletik Bilbaonun qonağı olan Atletiko Madrid rəqibinə 1-0 hesabı ilə qalib gəlib.
Madrid Realı da öz meydanında Eybarı (3:0) darmadağın edib.