Avropanın şimalında yerləşən İsveç Krallığında koronavirusa (COVID-19) gündəlik yoluxanma sayı rekord həddə çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İsveç Krallığının səhiyyə departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, son 24 saatda aşkar edilən koronavirus xəstələrinin sayı 23,877 nəfər olub ki, bu da pandemiya başlayandan ən yüksək gündəlik göstəricidir. Öncəki gündəlik maksimum çərşənbə axşamı 17,457 səviyyəsində qeydə alınmışdı.

Beləliklə də, İsveçdə pandemiyanın başlanğıcından indiyədək yoluxanların toplam sayı 1 416 650 nəfər olub. Koronavirusa yoluxduqdan sonra dünyasını dəyişən xəstələrin sayı isə 15 377 nəfərə çatıb.

Öncəki xəbərTanınmış aktrisa Zülfiyyə Qurbanova: Ötən il uğurlu oldu, çoxlu filmlərə çəkildim
Sonrakı xəbərBMT Qazaxıstan Prezidentinin nümayişçilərə atəş açmaq əmrinə etiraz etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın