Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrinə etiraz edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik qurumun Qazaxıstanda nümayişçilərin öldürülməsini qəbuledilməz hesab etdiyini deyib.

“Biz Qazaxıstandakı durumu yaxından izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və durumu həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq. BMT Qazaxıstanda insan hüquqlarına hörmət etməyə çağırır. Ölkədə güc tətbiqi mütənasib olmalıdır”.

Onun sözlərinə görə, zorakılığa son qoyulması önəmlidir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: “Polislərin və başqalarının öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də belədir. İstənilən durumda ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara riayət edilməsinə ehtiyac var”.

Qeyd edək ki, yanvarın 7-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə əhalisinə müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın