İtaliya Millisi Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya Çempionatına (DÇ-2018) vəsiqə qazana bilməyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, İtaliya komandası pley-off mərhələsində iki görüşün nəticəsinə görə İsveç millisinə uduzaraq son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qaldı. Bununla da italyanların 39 yaşlı təcrübəli qapıçısı Canludci Buffon sonuncu dəfə Dünya Çümpionatında iştirak etmək şansını əldən qaçırıb. Kopitan oyundan sonra göz yaşlarını saxlaya bilməyib.

https://www.youtube.com/watch?v=1_BgApo5lfE

Italy vs Sweden 0-0 – Highlights & Resumen ( 13/11/2017) – World Cup Qualifers Play-OFF

“Bu bizə ən azı 500-600 milyon avroya başa gələcək, lakin bütün əldən verilən gəlirləri nəzərə alsaq, məbləğ bir milyard avronu keçəcək”, – deyə ölkənin idman naziri Franko Korraro bəyan edib. Nazir həmçinin bildirib ki, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio öz vəzifəsində qalmaq istəyirsə, gərək olan işlər görməlidir.

İsveçə uduzduqdan sonra Tavekki baş verənlər bağlı düşünmmək üçün 48 saat fasilə götürüb. Korraro isə Futbol Federasiyasının rəhbərindən gələcək planları açıqlamağı tələb edib. Nazir həmçinin qeyd edib ki, İtaliya yığmasının indiki baş məşqçisi Campyero Venturanın istefası qaçılmazdır:

“Ventura baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Elə olur ki, nəticə əldə etmək üçün 10 faiz çatmır, bizim durumumuzda isə 80 faiz çatmadı”.

Yada salaq ki, Stokholmun “Frends Arena” stadionunda DÇ-2018-in pley-off mərhələsi çərçivəsinin ilk qarşılaşmasında İsveç millisi İtaliya komandasını qonaq kimi qarşılamışdı. Oyundakı bir qolu 61-ci dəqiqədə Yakob Yuhansson vuraraq İsveç yığması dördqat dünya çempionlarını çətin duruma saldı.

Canluici Buffon və başqa 3 oyunçu İtaliya Millisindən getdi

DÇ-2018-in İsveçlə qarşılaşmasından sonra mundiala vəsiqə qazana bilməyən apenninlilərin aparıcı üzvləri belə addım atmağa qərar veriblər.

Yığmanın qapıçısı Canluici Buffon, həmçinin Corco Kyellini, Daniele de Rossi və Andrea Bartsalyi milli ilə vidalaşıb.

1997-ci ildə yığmada debüt edən Buffon DÇ-2018-in final mərhələsindən kənar qalmaqla rekord şansını qaçırıb. Belə ki, təcrübəli qolkiper 6-cı dəfə mundiala qatılsaydı, mütləq rekord sahibi olacaqdı. DÇ-2006-nın çempionu olan Buffon millidə 175 oyun keçirib.

39 yaşlı qolkiper “Skuadra Adzurra”nın İsveçə iki oyunun nəticəsinə görə uduzaraq, 2018-ci il dünya çempionatından kənarda qaldığı oyundan sonra açıqlama verib. Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: “Mən İtaliya yığmasından gedirəm və yerimi gənclərə verirəm”.

10 il yığmada çıxış etmiş Rossi 117 matçda 21 qol sevinci yaşayıb. Kyellini 96 matçda 8 dəfə fərqlənibsə, Bartsalyi 73 dəfə meydana çıxıb.

Maraqlıdır ki, İtaliya ilə birlikdə İngiltərə, Hollandiya və Çili kimi futbol nəhəngləri də DÇ-2018-ə çıxa bilməyiblər.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın