Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyiylə bağlı təntənəli yubiley toplantısı keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev toplantıya qoşulub.

Prezident: “Heç kim bizi zorla hər hansı bir qurumda saxlaya bilməz”

“Bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Biz bundan sonra da beynəlxalq qurumlarda fəal iştirak edəcəyik. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritetlərdir”. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley toplantısında deyib.

“Biz 15 ildən çoxdur ki, Avropa Birliyinin fəal üzvüyük və bir çox toplantılar bu qurumun xətti ilə keçirilmişdir. Ancaq son vaxtlar Avropa Birliyinin baş katibinin çalışmaları sonucunda bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılmışdır. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Birliyi kimi tanınmış beynəlxalq qurum hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu qurumla bağlı olan məsələlər də öz həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaqdır. Biz qoşulduğumuz bütün qurumlara könüllü olaraq girmişik və könüllü də çıxa bilərik. Heç kim bizi zorla hər hansı bir qurumda saxlaya bilməz”, – deyə, dövlət başçısı artırıb.

Ali Baş Komandan: “Bu gün Azərbaycan Ordusu dünya ölçüsündə güclü ordular sırasındadır”

Dövlət başçısı onu da vurğulayıb ki, beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya ölçüsündə güclü ordular sırasındadır: “Bundan sonra da ordumuza nə qədər vəsait, texnika gərəkdirsə, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir.

Ermənistan yenə də çalışır ki, aprel döyüşləriylə bağlı yalanları dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək yetərlidir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.

YAP ın 25 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın