İran İslam Respublikası ərazisində 160 erməni hərbi qulluqçusunun olması ilə bağlı gəzən şayiələr əsassız və həqiqətə uyğun deyil.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “ParsToday” portalının məlumatına görə, bunu İran İslam Respublikasının İrəvandakı səfirliyi bəyan edib.

“İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi Ermənistanın bəzi mətbuat orqanlarında 160 erməni əsgərinin İranda olması və İran tərəfinin onların qayıdışı üçün ilkin şərtlər irəli sürməsi ilə bağlı yayılan şayiələri yanlış və əsassız hesab edir”, – deyə bəyanatda bildirilib.

Xatırladaq ki, erməni KİV adəti üzrə növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb. Məlumata görə, ikinci Qarabağ müharibəsi zamanı 160 erməni əsgəri Ermənistan-İran sərhədini keçib. Erməni jurnalistlər iddia ediblər ki, guya İran tərəfi həmin hərbçilərin geri qaytarılması üçün müəyyən şərtlər irəli sürüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın