Gürcüstan Prezidenti Salome Zurabişvili Dağlıq Qarabağda Ermənistan-Azərbaycan arasında müharibənin bitməsi xəbərinə münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, prezident öz “Twitter” hesabında Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın yeni dövrünün başlanacağını yazıb:

“Qafqazda yeni era başlayır. Faciəli müharibənin bitməsi münasibətilə dostlarımızı, Ermənistanı və Azərbaycanı təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm.

Sülh və sabitliyin alternativi yoxdur! Birlikdə Gürcüstan, Ermənistan və Azərbaycan arasında yeni əməkdaşlıq mərhələsinə başlayırıq”.

Öncəki xəbərDağlıq Qarabağdakı Ermənistan ordusunda döyüşən muzdluların adları açıqlanıb
Sonrakı xəbərPaşinyanın etirafları: Böyük uğursuzluq, fəlakət və matəmdir… Mən bacarmadım
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın