Niderlandın Rotterdam şəhərindəki “Ahoy” arenasında keçirilən “Eurovision Song Contest 2021” (ESC-2021) beynəlxalq mahnı yarışmasının böyük finalının sonunda İtaliyanın Maneskin (Måneskin) rok qrupu qalib seçildi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Open Up” (“Açıl”) şüarı altında keçirilən builki yarışmanın finalında 21-ci sırada çıxış edən Azərbaycan təmsilçisi Samirə Əfəndi 20-ci yeri tutub.

Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino ifaçılarının final çıxışlarından sonra səsvermə başlayıb.

“Zitti E Buoni” mahnsısı ilə ən çox – 524 xal toplayan İtaliyanın Måneskin rok qrupu “Eurovision2021”in qalibi olub. İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal. İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb. 20-ci yeri tutan Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayıb.

https://www.youtube.com/watch?v=bC9sg6MpDc0
Efendi – Mata Hari – LIVE – Azerbaijan 🇦🇿 – Grand Final – Eurovision 2021
Öncəki xəbərDünya şöhrətli Azərbaycanlı rəssam Tahir Salahov vəfat edib
Sonrakı xəbərİran ərazisində 160 erməni əsgərin olması ilə bağlı şayiələrə cavab verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın