ABŞ prezidenti Cozef Bayden düşünür ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ Üçüncü dünya müharibəsi olardı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatlarının lideri bloqqer Brayan Koenə müsahibəsində deyib.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq, ya da ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, – Amerika lideri bildirib.

Onun sözlərinə görə, sanksiyalar dərhal nəticə verməyəcək: “Dərhal nəticə verəcək bir sanksiyalar yoxdur. Elə bir şey yoxdur ki, sən kiməsə sanksiya tətbiq edəsən və daha Rusiyanın prezidenti ola bilməyəcəyini söyləyəsən. Ancaq mən hesab edirəm ki, bu sanksiyalar tarixdə ən böyük iqtisadi və siyasi sanksiyalardır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın