“Forbes” dərgisinin hər il yayımladığı 400 ən varlı ABŞ vətəndaşı siyahısında İlon Mask (Elon Musk) növbəti dəfə birinci olub.

YALAN.info bildirir ki, “Forbes”-in dəyərləndirməsinə görə, “SpaceX”, “Tesla” şirkətləri və “X” sosial şəbəkəsinin sahibinin sərvəti 251 milyard dollar dəyərindədir.

İkinci yerdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), üçüncüdə isə “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison (158 milyard dollar) qərarlaşıb.

Dördüncü və beşinci yerləri “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet (121 milyard dollar) və “Google” korporasiyasının təsisçilərindən biri Larri Peyc (114 milyard dollar) tutub. “Microsoft”un qurucusu Bill Qeyts 111 milyard dollarla altıncı yerdədir.

Toplamda, 400 ən zəngin amerikalının sərvəti keçən illə qarşılaşdırdıqda 500 milyard dollar artıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın