Milyarder İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsini (keçmiş Twitter) avropalı istifadəçilər üçün bloklamağı düşünmür.

YALAN.info bildirir ki, avqust ayında qüvvəyə minmiş Rəqəmsal Xidmət Aktı (DSA) ilə bağlı tələblərdən getdikcə daha çox narazı olan biznesmen indi proqramın regionda əlçatmaz olmasının yollarını araşdırır.

“İndi “X” adlanan “Twitter”i bir il öncə 44 milyard dollara əldə edən “Tesla”nın sahibi proqramın regionda əlçatan olmaması, ya da Avropa Birliyində istifadəçilərin ona daxil olmasını əngəlləmək imkanlarını müzakirə edib”, – deyə qaynaqdan vurğulanıb.

Bildirilir ki, Mask ən azı iki dəfə daxili bazar üzrə Avropa Komissarı Tyeri Breton ilə “X” sosial şəbəkəsinin DSA-ya uyğun olaraq görməli olduğu tədbirləri müzakirə etsə də, indiki durum artıq onun səbrini tükədib.

Breton bundan öncə Avropa Komissiyasının (AK) “X”-in yeni qanuna uyğunluğu ilə bağlı araşdırmaya başladığını bildirərək, sosial şəbəkələrdə İsrail-Fələstin münaqişəsi ilə bağlı dezinformasiyanın yayıla biləcəyini iddia etmişdi. Nəşr yada salır ki, AK platformanın zərərli məlumatlarla mübarizə üçün gördüyü tədbirlər haqqında ətraflı məlumat tələb edib.

İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsinin Avropada mümkün bloklanması ilə bağlı məlumatları təkzib edib. “Business Insider”dən daha bir tamamilə yalan məqalə. Bu, əsl media orqanı deyil”, – deyə Mask öz “X” səhifəsində həmin nəşrə cavab olaraq yazıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın