Bugünlərdə daha çox Avropa Superliqası ilə bağlı adı hallanan “Mançester Siti” klubunun aparıcı oyunçularından biri olan İlkay Gündoğan futbol aləmində cərəyan edən son olaylara münasibət bildirib.
“Superliqa ətrafında baş verən olaylar fonunda biz Çempionlar Liqasının (UEFA Champions League) yeni formatını müzakirə edə bilərikmi? Daha çox, daha çox, daha çox oyun. Biz oyunçuları heç kim düşünmür.
ÇL-in yeni formatı Superliqa ilə müqayisədə iki şər arasından daha azıdır. ÇL-in indiki formatı əla çalışır və həm biz oyunçular, həm də azakeşlər üçün dünyanın ən populyar klub turniridir”, – deyə Gündoğan “Twitter” səhifəsində bildirib.
The UCL format right now works great and that is why it's the most popular club competition in the world – for us players and for the fans.
— Ilkay Gündogan (@IlkayGuendogan) April 22, 2021