Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa Çempionatında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.

YALAN.info bildirir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Oyunda yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bundan beş dəqiqə öncə isə rəqibin futbolçusu Olsyan Lama ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu nəticədən sonra milli qrupda xallarının sayını altıya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Mirmehdi Rzayev

Onu da bildirək ki, millimizin pley-offdakı rəqibinin adına III turun oyunları başa çatdıqdan sonra aydınlıq gələcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın