“Qarabağ” Futbol Klubunun keçmiş qapıçısı İbrahim Şehiç (Ibrahim Šehić) Azərbaycan Ordusuna dəstək məqsədilə “Instagram” hesabında post paylaşıb.

İndi Türkiyənin “Konyaspor” Futbol Klubunun şərəfini qoruyan qapıçı Instagram-ın hekayə bölümündə Azərbaycan bayrağının şəklini paylaşıb və üzərində “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır!” yazıb.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ” FK-nun qapıçısı olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın