İngiltərənin paytaxtı Londonda keçirilən İslam dünyası sənət əsərləri hərracında qədim əl işləri satışa çıxarılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hərracda XIII yüzilliyə aid metal əşyalar, Babur dövrünə aid almaz və zümrüd qaşlı eynək, İran miniatürləri və xalçaları yer alıb.

Bununla yanaşı, ticarət sessiyasında venesiyalı rəssam Titianın XVI yüzilliyin sonu XVII yüzilliyin əvvəllərində çəkdiyi Osmanlı sultanı Süleyman Qanuninin sevimli hərəmi Hürrəm Sultanın portreti də alıcı tapıb. 70 min funt-sterlinqə hərraca çıxarılan portret 126 min funt-sterlinqə satılıb.

Hərracda, həmçinin Süleyman Qanuni və qızı Mihrimah Sultanın iki portreti alıcılar tərəfindən əldə olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın