Halit Ergenç ve Cansu Dere yeni serialları İzmir 1918 ilə ekranlara gəlməyə hazırlaşırlar.

Möhtəşəm Yüzil (Muhteşem Yüzyıl) serialında canlandırdığı Sultan Süleyman Qanuni xarakteri ilə çox səs salmış və Azərbaycanda da sevilən türk aktyor Halit Ergenç yenidən ekranlara geri dönür. Yeni bir tarixi serial olacaq “İzmir 1918” filminin prodyuserləri uzun-uzadı çalışmalardan sonra filmin senarisini aktyora bəyəndirə bildi. Türkiyə mediyasının verdiyi xəbərlərə görə serialın çəkilişləri bütün sürətilə davam edir və önümüzdəki aylarda Kanal D ilə yayımlanmağa başlayacaq.

Aktyor “İzmir 1918”də hər bölüm üçün 80 min lirə – təxminən 40 min manat alacaq. Serialın çəkilişləri İzmir şəhərində baş tutacaq.

O3 Media istehsalı olan “İzmir 1918” adlı yeni serialda aktyorun tərəf müqavili Cansu Dere olacaq. Xatırladaq ki, Dere Möhtəşəm Yüzil serialında Sultan Süleymanın (Ergençin) cariyəsi olaraq izləyici qarşısına çıxmışdı.


Firuzə Xatunun (Cansu Dere) Sultan Süleymanın (Halit Ergenç) hüzurunda rəqs etməsi (Möhtəşəm Yüzyil 66-cı Bölüm)

Uzun aradan sonra 3-cü dəfə yenidən bir araya gələn aktyorlar bu durumdan məmnunluqlarını dilə gətiriblər. Halit Ergenç və Cansu Dere daha öncə “Acı Eşq” adlı filmdə ər-arvad rolunda oynamışdılar.


Baş rollarda Halit Ergenç və Cansu Derenin oynadığı “Acı Eşq” filminin fraqmanı

Halit Ergenç Kimdir?

Halit Ergenç Cansu Dere ilə yeni İzmir 1918 serialında
Halit Ergenç

30 aprel 1970-ci ildə İstanbulda doğulmuşdur. 1996-ci ildə çəkilən Qara Mələk adlı serialda baş rol oynamış və bu film ilə tanınmışdır. İlk məşhurluq qazandıran filmi isə 2006-ci ildə Kanal D ekranlarında yayımlanan, baş rollarını Bergüzar Korel ilə paylaşdığı Min Bir Gecə oldu. Bu serialda Onur xarakterini canlandırmış, sonradan tərəf müqavili Bergüzar Korel ilə ailə qurmuşdur. Daha sonra bir çox serial və filmdə iştirak edən oyunçu son olaraq Möhtəşəm Yüzil serialında Sultan Süleyman xarakterini oynamış və bir sıra ölkə izləyicilərinin ürəklərinə yol tapmışdır.

Memar Sinan Universiteti Opera ve Musiqili Teatr Aktyorluğu bölümünü bitirmişdir. “Altın Kelebek” ən yaxşı kişi aktyor mükafatını qazanmışdır.

Cansu Dere Kimdir?

Halit Ergenç Cansu Dere ilə yeni İzmir 1918 serialında
Cansu Dere

14 oktyabr 1980-ci ildə Ankarada dünyaya gəlmişdir. Karyerasına maneken olaraq başlayan Cansu Dere daha sonra aparıcılıq və aktyorluq sahələrində də özünü sübut etmişdir. İlk aparıcılıq təcrübəsinə 2000-ci ildə Kanal D ekranlarında yayımlanmağa başlayan “Uşaq və musiqi” adlı proqram ilə başlamışdır. Televiziya ekranlarında məşhurluğunun artmasına səbəb olan film 2006-cı ildə ATV ekranlarında ekranlara çıxan Sıla serialıdır. Bu serialda Mehmet Akif Alakurt ilə baş rol oynamışdır. Daha sonra yenə ATV ekranlarında yayımlanan və milyonların izlədiyi uğurlu film olmuş “Ezel”də Eyşan xarakterinə həyat vermişdir. Son olaraq isə Möhtəşəm Yüzil serialında Firuzə xarakteri ilə tamaşaçı qarşısında olmuşdur.

İstanbul Universitetini yarıda bıraxan Cansu Dere modelliyə ağırlıq vermişdir. Gözəl oyunçu 2000-ci ildə Kanal D Miss Turkey gözəllik yarışmasında 3-cü oldu və daha sonrasına professional olaraq maneken kimi çalışmağa başladı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın