Rusiya Ermənistanla Azərbaycan arasında toqquşmalara yol verməmək üçün əlindən gələni edir və edəcəkdir. Ancaq Rusiya yalnız diplomatiyadan istfadə edə bilər. Kremlin Ermənistan maraqlarına görə Bakıya qarşı hərbi müdaxilə edəcəyinə inanmaq absurddur.

YALAN.info bildirir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Moskva ilə Bakının müttəfiq münasibətləri var və Rusiyanın bu durumda Azərbaycana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini iddia etmək absurddur”, – deyə o vurğulayıb.

Köçəryan ABŞ və Fransanın Azərbaycana təsir rıçaqlarının olmadığını da söyləyib: “Ərdoğan ölkəsinin milli maraqlarının qorunması üzrə master-klass nümayiş etdirir – heç bir təzyiqlərə məhəl qoymur. O, buna imkan verməz”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın