Rusiyanın məşhur təbliğatçı-aparıcısı Vladimir Solovyovun YouTube kanalları blokladı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, YouTube video-hostinq xidməti Rusiya aparıcısı “Vladimir Solovyovla axşam” və “Solovyev LIVE” kanallarını bağlayıb.

“Bu kanal YouTube-un istifadə şərtlərini pozduğu üçün bloklanıb”, – səhifəyə girmək istəyənlərin ekranında yazılır.

Təbliğatçının özü kanallarının bloklanmağını “müharibə elanı” adlandırıb.

Yada salaq ki, Vladimir Solovyov ikinci Qarabağ müharibəsində Ermənistanın fəal təbliğatçısı olub. Ermənipərəst aparıcı son günlər Ukrayna əleyhinə təbliğat aparırdı. Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa Birliyi də onun adını “qara siyahı”ya salıb.

Öncəki xəbərABŞ rəsmisi Sergey Lavrovu yalan danışmaqda ittiham etdi
Sonrakı xəbərRusiya dünyanın ən çox sanksiya tətbiq edilən ölkəsi oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın