Ermənistan-Azərbaycan müharibəsi 2020-ci ilin önəmli geosiyasi hadisəsi oldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Obozrevatel” saytına müsahibəsində əslən Bakı ermənisi olan rusiyalı müxalif siyasətçi, şahmat üzrə dünya çempionu olmuş Harri Kasparov deyib.

“Ermənistan-Azərbaycan müharibəsi 2020-ci ilin önəmli geosiyasi hadisəsi oldu ki, bu da faktiki olaraq Ermənistanın nəzarətində olan muxtar bölgənin ləğvinə gətirdi. Bu, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə səbəb oldu. Nəticədə aydın oldu ki, Rusiya buranı idarə etmir. İndi Cənubi Qafqazda açar oyunçu Türkiyədir.

Bu il Putin rejimi üçün həddən artıq uğursuz il oldu. Pandemiya böhranı bütün dünyadakı problemləri ortaya çıxardı. Bu sistemin ən zəif halqalarına Putin Rusiyası da aiddir. Əgər ölkənin iqtisadi-siyasi quruluşuna baxsaq, onun nə qədər zərər çəkdiyini görərik. Trendlər bundan sonra da neqativ qalacaq”, – deyə o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın