Qadınlar arasında beynəlxalq dərəcəli idman ustası (WIM) Gövhər Beydullayeva şahmat üzrə Azərbaycan Çempionatının qalibi oldu.

YALAN.info bildirir ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) Mətbuat xidmətindən məlumata görə, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə Azərbaycan Çempionu adını qazanıb.

Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə Hacıyeva 4,5 xalla ilk dəfə ölkə çempionatında gümüş medala sahib çıxıb.

Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib son sıralamada 4 xalla 3-cü pilləni tutub. Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova isə bu dəfə 4-cü yerlə kifayətlənib.

Onu da bildirək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat olub. Qalib 4 000 manat pul mükafatı əldə edib.

KİMQadınlar arasında şahmat üzrə Azərbaycan Çempionatı
MƏNBƏAzərbaycan Şahmat Federasiyası
Öncəki xəbərAzərbaycan hərbçiləri “Efes-2022”də növbəti tapşırıqları yerinə yetiriblər
Sonrakı xəbər“Mançester Siti” Gündoğanın dublu ilə Premyer Liqanın çempionu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın