Rusiya Federasiyasının Cenevrədə Birləşmiş Millətlər Təşkilatındakı (BMT) missiyasının müşaviri Boris Bondarev istefa verib.

YALAN.info bildirir ki, bununla bağlı “Daily Express” qəzeti məlumat yayıb.

Boris Bondarev açıq şəkildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni pisləyərək, istefa verib. Diplomat həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovu yalan və qeyri-peşəkar işlədiyinə görə tənqid edib:

“İşlədiyim 20 il müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etmişəm, ancaq heç vaxt ölkəmdən və işimdən utanmamışam. Amma 24 fevraldan sonra mən bunu yaşadım. İndi XİN diplomatiya ilə məşğul deyil, o yalnız yalan səpir, nifrət yaradır və müharibəni qızışdırmaqla məşğuldur. Bu gün dövlət qulluğunda qalıb fəlakət dolu siyasi yolla getmək vətənə xəyanət etmək deməkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın