Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.

YALAN.info bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumata görə, beynəlxalq təlimin planına uyğun olaraq hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.

Onu da bildirək ki, Azərbaycan Ordusunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

“Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın