The New York Times qəzeti böyük texnologiya şirkətlərinin hazırladığı AR (Artırılmış Reallıq) məhsulları ilə bağlı məqalə yayımlayıb. Son zamanlarda Apple şirkətinin ilk AR gözlük barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Ancaq The New York Times-ın verdiyi məlumata görə, Google şirkəti də bu cür cihaz üzərində çalışır.

Yayımlanmış məqalədə Google şirkətinin AR cihazının texniki özəllikləri barəsində məlumat verilməyib. Ancaq məlumata görə hazırlanan AR cihaz Kanadanın North adlı şirkətinin AR gözlüklər seriyasının davamçısı olacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ilin iyun ayında Google sözügedən şirkəti almışdı. Hər iki şirkət arasında müqavilənin bağlanmasından bir neçə müddət öncə North şirkəti Focals 2.0 adlı smart gözlüyün tanıtımını planlaşdırırdı.

Həmin smart gözlük holoqrafik proyektor ilə təchiz olunmalı və hava proqnozu, bildirişlər, təqvimdə qeyd edilmiş tapşırıqlar kimi məlumatları əks etdirməli idi. Çox güman ki, Google şirkətinin yeni AR gözlüyü təqdim edilməmiş Focals 2.0 cihazının inkişaf etdirilmiş versiyası olacaq.

Güman olunur ki, yeni AR gözlük Google Glass modellərindən fərqli olaraq geniş istifadəçi kütləsi üçün nəzərdə tutulacaq. Sözügedən cihazın nə zaman təqdim olunacağı bilinmir. Ancaq Apple şirkətinin ilk AR cihazının artıq bu ilin payız fəslində təqdim ediləcəyi şayiələrinin yayılmasını nəzərə alsaq, Google öz yeni AR gözlüyünün təqdimatını gecikdirməyəcək.

KİMhttps://technote.az/editor/emil-noisy
MƏNBƏTechnote
Öncəki xəbərAzərbaycan “OPEC plus”un hasilat artımı ilə bağlı qərarını dəstəkləyib
Sonrakı xəbərAntarktida materikində də koronavirusa yoluxma aşkarlanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın