İlon Mask (Elon Musk) “Twitter”də istifadəçilərin yaratdıqlar kontentdan pul qazanmaq üçün proqramın işə salındığını elan edib.

YALAN.info bildirir ki, bununla bağlı İlon Mask öz Twitter profilindən məlumat paylaşıb.

Maskın sözlərinə görə, istifadəçilər artıq uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər istənilən paylaşımı edə bilərlər.Kontentdən pul qazanmaq üçün sadəcə parametrlərdə “Monetizasiya” bəndi üzərinə tıklamaq yetərlidir. Mask aydınlaşdırıb ki, proqramın ilk ilində istifadəçilər ödəniş sistemlərinin komissiyasından başqa, abunəçilər tərəfindən ödənilən vəsaiti tam ölçüdə alacaqlar.

“Twitter” həmçinin öz kontentini yaradan hesabların təşviqinə dəstək vermək niyyətindədir. “Siz istənilən vaxt platformamızı tərk edə bilərsiniz. Qoşulmaq asan, çıxmaq asandır”, – Mask əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın