Türkiyə 10 il boyunca ABŞ, İsrail və Çinlə birlikdə dünyanın aparıcı pilotsuz uçuş aparatları (PUA) istehsalçılarından birinə çevrilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya və Qarabağda özünü uğurla sübut edən pilotsuz təyyarələrin satışı üzrə müqavilələrin sayını artırıb.

“Son iki ildə Türkiyədə istehsal olunan pilotsuz təyyarələr Liviyada, yaxın keçmişdə isə Qarabağda qüvvələr balansını dəyişməyə imkan verib. Azərbaycan, Ukrayna, Polşa və Mərakeşdən sonra Türkiyənin PUA-larında Qırğızıstan da maraqlıdır. Türkiyədə istehsal olunan pilotsuz təyyarələr səmərəlidir və hərbi təyyarələrdən 20 dəfə ucuzdur”, – qəzetdə vurğulanıb.

Məlumatda deyilir ki, ilkin olaraq bu dronlardan PKK terror təşkilatına qarşı və sərhəd təhlükəsizliyini təmin etmək üçün istifadə edilib. “NATO Polşa və Latviyanın Türkiyə PUA-larını almaq istəyindən ehtiyatlanır”, – nəşrdə bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın