Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Gəncədə və Azərbaycanın başqa şəhərlərində mülki əhaliyə qarşı son hücumları ilə bağlı açıqlama verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, H.Akarın çıxışı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yayımlanıb.

“Ermənistan bu təcavüzkarlığı artıq adət halına gətirib. Ermənistan rəhbərliyi özbaşınalığını davam etdirir. Onlar nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə hörmət edirlər. Onlar həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”, – deyə H.Akar öz çıxışında söyləyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın