Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisində iştirak etmək istəyən 16 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası MSK-nın bu gün keçirilən toplantısında qərar qəbul edilib.

Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına görə, son olaraq Namizəd Heydər oğlu Səfərovun prezidentliyə namizədliyinin özü tərəfindən irəli sürülməsi təsdiqlənib. Bununla da prezidentliyə namizədliyi təsdiq edilən şəxslərin sayı 16-ya çatıb.

Belə ki, MSK dekabrın 19-da İlham Əliyevin (hakim Yeni Azərbaycan Partiyası tərəfindən), dekabrın 21-də keçirilən iclasında Zahid Oruc və Fuad Əliyevin (özləri tərəfindən), Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Razi Nurullayevin (Milli Cəbhə Partiyası), dekabrın 26-da namizədlikləri özləri tərəfindən irəli sürülən Sərvan Kərimovun, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkərimovun, Yunus Oğuzun və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Onu da qeyd edək ki, MSK-nın dekabrın 30-da keçirilən toplantısında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın