Fransanın Normandiya bölgəsindəki Dieppe qəsəbəsində koronavirusla bağlı canlı yayımda sakinlərdən biri “Makrona istefa” deyə qışqırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “France 2“ kanalının aparıcısı narahatlıqla çəkilişə davam edib.

Fransa mətbuatında yer alan xəbərə görə, “Makrona istefa” deyən şəxs öncə polis tərəfindən saxlanılıb, daha sonra prokurorluğun göstərişi ilə psixiatriya xəstəxanasına aparılıb.

Adı açıqlanmayan etirazçının 2015-ci ildə Makron maliyyə naziri olarkən Dieppedəki şirkətinin iflasına görə Makrona qəzəbləndiyi bildirilib.

Milli Birlik Partiyasının lideri, ifrat sağçı Marin Le Pen “Twitter” hesabında hadisəyə reaksiya verib: “İnanılmaz. Bu rejim qorxutmağa davam edir”.

İfrat solçu LFI partiyasının lideri Jan-Luk Melenşon da “məcburi psixiatriya” qərarının qəbuledilməz olduğunu və siyasi rəqibi Le Penin siyasətlərinin də buna təsir etdiyini bildirib.

Hələ namizədliyini açıqlamasa da, 2022-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşan Makron ona qarşı tənqidlərə dözmədiyi və dövlət qurumları vasitəsilə müxalifətin səslərini boğmağa çalışdığı üçün tənqidlərə məruz qalıb.

Sentyabr ayında ölkənin cənubundakı Lion şəhərinə səfəri zamanı Makrona yumurta atan etirazçı da prokurorluğunun göstərişi ilə məcburi psixiatriya xidmətinə yerləşdirilib.

Tuluza şəhərində bağçasındakı pankarta “Makronavirus” yazan şəxs polis tərəfindən saxlanılıb.

France 2 | « Macron démission, Benalla en prison »
MƏNBƏAnadolu Agentliyi
Öncəki xəbərƏrdoğan işğaldan azad edilmiş torpaqların bərpasına dəstəyin davam edəcəyini bildirdi
Sonrakı xəbərSami Yusuf “Qarabağımsan” adlı musiqili kompozisiya hazırladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın